Almaniya

Futbolçularımız “Hoffenhaym”a qarşı oynadılar

Almaniyanın “Ayntraxt” klubunun U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb.

Dsport.az xəbər verir ki, frankfurtlular doğma meydanda “Hoffenhaym”la qarşılaşıb. "Ayntraxt"da çıxış edən futbolçularımız - Renat Dadaşov və Murad Mahmudov start heyətində meydana çıxıblar. Renat matçın sonuna kimi meydanda olubsa, Murad ikinci hissədə əvəzlənib. Görüş isə qolsuz bərabərliklə nəticələnib.

13 matçdan sonra aktivində 16 xal olan “Ayntraxt” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.