Almaniya

Erat “Duysburq”un qələbəsini kənardan izlədi

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 16-cı turun oyunları keçirilib. 

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda “Yan Regensburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

Erat bu qarşılaşmanın iştirakçısı olmayıb. O, görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Duysburq” geridə qalan turlarda topladığı 22 xalla 18 klub arasında 7-ci pillədə qərarlaşıb.