Almaniya

Renatla Murad oynadı, “Ayntraxt” 6 qola üzüldü

Almaniyanın “Ayntraxt” klubunun U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb. 

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun və U-19 millimizin üzvü Murad Mahmudovun formasını geyindiyi Frankfurt təmsilçisi 12-ci tur çərçivəsində səfərdə “Unterhaxinq”lə qarşılaşıb. 8 qolun vurulduğu oyunda frankfurtlular böyük hesabla uduzublar - 2:6.

Futbolçularımız da bu matçın iştirakçısı olublar. Onların hər ikisi meydana start heyətdə çıxıb və sonadək oynayıblar. Renat bu görüşdə sarı vərəqə almaqla da diqqət mərkəzinə düşüb.

“Ayntraxt” hazırda 15 xalla 14 klub arasında 8-ci pillədə qərarlaşıb.