Almaniya

“Şalke” 3, “Verder” 4 cavabsız qolla qalib gəldi - VİDEOLAR

Futbol üzrə Almaniya çempionatında 12-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, turun ilk oyununda “Ştutqart” son 4 matçda qələbəyə həsrət qalan Dortmund “Borussiya”sını qəbul edib. Üç qolun vurulduğu oyunda dortmundlular məğlubiyyətlə üzləşiblər.

Lider “Bavariya” isə ikinci oyun günündə “Auqsburq”u qəbul edib. Münhen klubu rəqibini darmadağınla yola salıb.

"Bayer" - "Leyptsiq" və "Hoffenhaym" - "Ayntraxt" oyunlarında qalib müəyyənləşməyib.

"Maynts" "Köln"ü, "Volfsburq" "Frayburq"u məğlub yola salıb. "Herta" isə doğma meydanda Münhenqladbax "Borussiya"sına uduzub.

Son oyun günündə iki görüş baş tutub. "Şalke" doğma meydanda "Hamburq"u 2, "Verder" isə "Hannover"i 4 cavabsız qolla yenib.

Almaniya Bundesliqası
12-ci tur
17 noyabr

Ştutqart - Borussiya (Dortmund) 2:1
Qol: Akolo, 5. Brekalo, 51 - Filipp, 45.

18 noyabr

Bayer - Leyptsiq 2:2
Qol: Beyli, 44. Volland, 74 - Verner, 13-pen. Forsberq, 54-pen.

Bavariya - Auqsburq 3:0
Qol: Vidal, 31. Levandovski, 38; 49.

Hoffenhaym - Ayntraxt 1:1
Qol: Ut, 90 - Boatenq, 13.

Maynts - Köln 1:0
Qol: Brosinski, 43-pen.

Volfsburq - Frayburq 3:1
Qol: Gerhardt, 3. Mallı, 29; 70 - Kapustka, 68.

Herta - Borussiya (Münhenqladbax) 2:4
Qol: İbişeviç, 28. Vizer, 71 - Ştindl, 5. Azar, 14-pen. Raffael, 20; 77.

19 noyabr

Şalke - Hamburq 2:0
Qol: Santo, 17-pen. Burqstaller, 77.

Verder - Hannover 4:0
Qol: Bartels, 39. Kruse, 55; 59; 78.