Almaniya

Futbolçumuzun komandası Bundesliqa klubuna 3 qol vurdu

Almaniyanın “Duysburq” klubu 2-ci Bundesliqada yaranmış fasilədən yararlanaraq yoxlama oyunu keçirib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Tuğrul Eratın formasını geyindiyi Duysburq təmsilçisi əsas Bundesliqada mübarizə aparan “Bayer”lə qarşılaşıb. 6 qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib – 3:3.

Erat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb. Lakin fasilədə, komandası 2:1 öndə olarkən əvəzlənib.