Almaniya

Almaniya millisi mundialda bu formada çıxış edəcək FOTO

Almaniya millisi gələn il Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsində geyinəcəyi yeni formanı təqdim edib.

Dsport.az xəbər verir ki, bundestimin rəsmi “facebook” hesabında yığmanın üzvləri Toni Kroos və Mats Hummelsin yeni formada şəkli paylaşılıb.

“Adidas” şirkətinin istehsalı olan əsas forma ağ rəngdədi. Yeni formada Almaniya millisinin 1988-91-ci illər aralığında geyindiyi formanın motivlərindən istifadə edilib.

Xatırladaq ki, DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə bir qrupda yer alan Almaniya millisi mundiala bütün görüşlərini qələbə ilə başa vuraraq, qrup birincisi kimi vəsiqə qazanıb.