Almaniya

Robben “Bavariya”nın tarixinə düşdü

Futbol üzrə Almaniya Bundesliqasının 11-ci turu çərçivəsində baş tutmuş “Borussiya” (Dortmund) - “Bavariya” oyunu (1:3) Münhen klubunun yarımmüdafiəçisi Aryen Robben üçün əlamətdar olub.

Dsport.az xəbər verir ki, görüşdə hesabı açan hollandiyalı futbolçu “Bavariya”nın heyətində Bundesliqada 93-cü qolunu vurub. O, bu nəticə ilə Münhen klubunun sabiq hücumçusu Covanni Elberi (92 qol) geridə qoyaraq, çempionat oyunlarında komandanın ən məhsuldar əcnəbi futbolçusu adını qazanıb. Bu barədə məlumatı klubun saytı yayıb.

Hazırda Robbenin ən yaxın izləyicisi “Bavariya”nın polşalı hücumçusu Robert Levandovskidi. Cari mövsümün bombardiri bu günə kimi Münhen təmsilçisinin heyətində çempionat oyunlarında 88 qola imza atıb.