Almaniya

Nazarov meydandan buna görə qovulub - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun oynadığı “Ersgebirge” klubu Almaniya 2-ci Bundesliqasının 11-ci turunda “Yan Regensburq”la qarşılaşıb.

Dsport.az xəbər verir ki, komandasının 1:0 hesablı qələbə qazandığı oyunda Nazarov meydandan qovulub. O, matçın 20-ci dəqiqəsində topu bilərkdən rəqib futbolçusunun üzünə vurduğu üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Həmin epizodun görüntülərini təqdim edirik: