Almaniya

9 qolluq oyunda Dadaşov da fərqləndi

Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 11-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Germaniya Halberstat”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 5:4.

Rüfət də bu oyunun iştirakçısı olub. Komandasının bir qolunu da məhz Dadaşov vurub. O, sabiq klubuna qarşı oyunun 62-ci dəqiqəsində hesabı 1:2 edib.

"Dinamo" hazırda 22 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.