Almaniya

Eratın komandası yenə məğlub oldu

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 9-cu turun oyunları keçirilib. 

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə Düsseldorf “Fortuna”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Erat da bu qarşılaşmanın iştirakçısı olub. O, start heyətdə meydana çıxdığı görüşün fasiləsində əvəzlənib.

“Duysburq” geridə qalan turlarda topladığı 8 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.