Almaniya

Eratın komandası doğma meydanda uduzdu

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilib. 

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda “Holştayn Kil” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Erat bu qarşılaşmanın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Duysburq” geridə qalan turlarda topladığı 8 xalla 18 klub arasında 11-ci pillədə qərarlaşıb.