Almaniya

Yığmamızın rəqibində Noyer şoku

Futbol üzrə Almaniya yığması və “Bavariya” klubu ciddi itki ilə üzləşib.

Dsport.az xəbər verir ki, Münhen təmsilçisinin qolkiperi Bundesliqanın növbəti turu çərçivəsində bu gün qarşılaşacaqları “Şalke”yə qarşı oyundan öncəki məşqdə zədələnib. 31 yaşlı qapıçı məşqi yarıda qoymalı olub. Müayinədən sonra Noyerin əməliyyat olunacağı müəyyənləşib. Bu üzdən də o, bir neçə ay yaşıl meydanlarda görünməyəcək.

Qeyd edək ki, Noyerin şərəfini qoruduğu Almaniya yığması Azərbaycan millisi ilə DÇ-2018-in seçmə mərhələsində eyni qrupda yer alıb. Maraqlıdı ki, zədə səbəbindən bu ilin mart ayında Bakıdakı oyunu buraxan təcrübəli qolkiper oktyabrın 8-də Kayzerslauterndə baş tutacaq görüşdə də millimizə qarşı oynamayacaq.