Almaniya

Rusiya klubunu Bundesliqa təmsilçisinə dəyişdi

Almaniyanın “Hannover” klubu heyətini yeni futbolçuyla gücləndirib

Almaniyanın “Hannover” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Dsport.az xəbər verir ki, Bundesliqa təmsilçisi Rusiya Premyer Liqa klubu “Rubin”in hücumçusu Jonatası heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı braziliyalı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. 

Jonatas yeni klubunda 9 nömrəli formanı geyinəcək.

Braziliyalı hücumçu ötən ildən “Rubin”in şərəfini qoruyurdu. O, cari mövsümdə şans qazandığı 5 oyunda 4 qola imza atıb.

Braziliyanın U-19 yığmasında oynasa da, sonradan milliyə dəvət almayan Jonatas karyerası ərzində "Kruzeyro", "İpatinqa", "Villa Nova", "AZ Alkmaar", "Breşiya", "Peskara", "Torino", "Latina", "Elçe", "Real Sosyedad" klublarında da forma geyinib.